Təhsil işçilərinin əmək məzuniyyəti necə hesablanır?

Təhsil işçilərinin əmək məzuniyyəti necə hesablanır?

Sual: - Salam. Məni təhsil işçilərinin əmək məzuniyyətinin necə hesablanması maraqlandırır. Daha doğrusu, bu sahədə işləyənlərin əmək məzuniyyəti hesablanarkən bildiyimizdən fərqli bir üsuldan istifadə olunurmu? Məsələn, ştat üzrə 307 AZN əmək haqqı olan ibtidai sinif müəlliməsinin məzuniyyət haqqı nə qədər olmalıdır? Qeyd edim ki, sözügedən şəxs 07.10.2011 tarixində əmək fəaliyyətinə başlayıb, 19.06.2012-ci il tarixindən isə əmək məzuniyyətinə buraxılır. Sualıma ətraflı cavab versəniz minnətdar olaram. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Cavab: - Əmək məzuniyyətlərinin hesablanılması prinsipi bütün iş yerləri üçün eynidir. Sadəcə, əmək məzuniyyətlərinin müddətində fərq var. Məsələn, müəllimlərə 56 gün əmək məzuniyyəti verilir. Sizin qeyd ediyiniz halda işçi 07.10.2011-ci il tarixindən 19.06.2012-ci il tarixinə kimi altı ay işlədiyinə görə ona əmək məzuniyyəti düşür. Belə nəzərə alaq ki, bütün aylarda standart 307 manat əməkhaqqı alıb. Həmçinin, əmək məzuniyyətindən tam istifadə edir. Bu zaman əmək məzuniyyəti belə olacaq:  307/ 30,4 * 56 = 565,53 manat.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər