Əmək müqaviləsinin düzgün tərtib olunmamasına görə cərimə hesablanır?

Əmək müqaviləsinin düzgün tərtib olunmamasına görə cərimə hesablanır?

Hansı halda əmək müqaviəsi, hansı halda podrat müqaviləsi bağlanmalıdır?

Sual: - Salam, əmək müqaviləsinin düzgün tərtib olunmamasına görə hüquqi şəxslər hansı məbləğdə cərimələnir?
Cavab: - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsində bağlanılan əmək müqaviləsində mütləq göstərilməli məlumatlar əks olunub. Əmək müqaviləsi bağlananda minimum həmin bəndlər əks olunmalıdır. Bundan əlavə İnzibati xətalar Məcəlləsində yazılıb:

53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə

  • vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda,
  • hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək

miqdarda cərimə edilir.

Deməli, buradan aydın olur ki, siz əmək müqaviləsində həmin mütləq maddələri əks  etdirməsiniz, Əmək Müfəttişliyi əmək müqaviləsini Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlamamaq kimi qəbul edə bilər. Amma təcrübədə Əmək Müfəttişliyinin vəzifəli şəxsləri əsasən əmək müqaviləsinin bağlanılmaması hallarına cərimə tətbiq edirlər. Yenə də bu məsələdə ehtiyatlı olmaq lazımdır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər