Hansı halda əmək müqaviəsi, hansı halda podrat müqaviləsi bağlanmalıdır?

Hansı halda əmək müqaviəsi, hansı halda podrat müqaviləsi bağlanmalıdır?

Sual: - Salam. Zəhmət olmasa deyərdiz, işəgötürən briqadirlə işəmuzd iş razılaşdırıb və görülən işin həcminə uyğun yalnız ona pul ödəyir. Bu halda işəgötürən briqadirin işlətdiyi işçilərin hamısı ilə fərdi əmək müqaviləsi bağlamalıdır, yoxsa briqadirlə bağlasa kifayətdir?

Cavab: - Əgər siz istəyirsinizsə ki, ancaq briqadirlə müqavilə bağlayasınız, bu halda siz əmək müqaviləsi yox, podrat müqaviləsi bağlamalısınız. Bu halda digər işçilərlə bağlı əmək qanunvericiliyinin tətbiq olunmasını həmin şəxsin üzərinə qoya bilərsiniz. Yəni, həmin şəxs vergi ödəyicisi kimi uçota durur və cəlb etdiyi işçilərlə artıq özü əmək müqavilələri bağlayır. Siz ancaq briqadirlə yuxarıda qeyd etdiyim mülki-hüqüqi müqavilə olan podrat müqaviləsi bağlayırsınız. Əgər əmək müqaviləsi bağlamaq istəyirsinizsə, onda briqadanın bütün işçiləri ilə əmək müqaviləsi bağlamalısınız.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər