
Məzuniyyətin bölünərək verilməsində əsas gözləniləsi şərt hansıdır? DƏMX cavablandırır
Sual. İşlədiyim müəssisədə avqustun 1-ə kimi əmək məzuniyyəti hissələrə bölünərək verilirdi. İndi bizə deyirlər ki, əmək məzuniyyətini, biri 14 gündən az olmamaq şərtilə, 2 dəfəyə götürmək olar. Mən məzuniyyətimi 3 və daha çox hissəyə bölməklə götürə bilərəmmi?
Cavab. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən, əmək məzuniyyəti tərəflərin razılığı ilə hissələrə bölünməklə verilə bilər. Bir şərtlə ki, bölünmüş hissələrdən birinin müddəti 2 təqvim həftəsindən az olmasın.
Qalan hissə isə bir neçə yerə bölünməklə verilə bilər.
0 Komment
Şərh yazın