Maliyyə Nazirliyi əmanətin hesablanması və qaytarılması qaydasını misalla izah edir
Sual: Mən, Xəlilov Ramizin 1992- ci il 1 yanvar tarixinə şəxsi əmanət hesabımda 2500 rubl (5 qəpik) məbləğində pul qalığı vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?
Cavab: 300 manat (2000 rubladək (4 qəpiyədək) hesablanan məbləğ) + 1 qəpik (əmanət qalığının 2000 rubldan (4 qəpikdən) artıq olan hissəsi) ×50 manat = 350 manat.
Bununla yanaşı, hesab bağlandığına görə əmanətin özü də, yəni 5 qəpik (0,05 yeni Azərbaycan manatı) geri qaytarılır.
Beləliklə, əmanətçiyə onun arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına 350 manat 5 qəpik vəsait ödənilir.
Mənbə: Maliyyə Nazirliyi
0 Komment
Şərh yazın