Təşkilatdakı boş iş yeri üçün işçi götürən təşkilat mütləq məşğulluq idarəsinə məlumat verməlidir?

Təşkilatdakı boş iş yeri üçün işçi götürən təşkilat mütləq məşğulluq idarəsinə məlumat verməlidir?

Sual: Altay müəllim, jurnalımızın daimi oxucularından olan mühasib Zeynalov Fərid soruşur ki, təşkilatdakı boş iş yeri üçün işçi götürən təşkilat mütləq məşğulluq idarəsinə məlumat verməlidirmi? Əgər məlumat verməzsə, təşkilata hər hansı cərimə tətbiq oluna bilərmi?

Cavab: Əmək Məcəlləsində boş iş yerləri haqqında hər hansı bir orqana məlumatın verilməsi nəzərdə tutulmayıb. Bu proses artıq digər normativ aktlarla (məsələn, «Məşğulluq haqqında» Azəbaycan Respublikasının Qanunu) tənzimlənir. Belə normativ aktlarda məşğulluq idarəsinə boş iş yerləri (vakansiyalar) haqqında məlumatların hesabat formasında verilməsi nəzərdə tutulur. Bu hesabat formaları təsdiq olunub və hesabatların təqdim olunması müddətləri də müəyyənləşdirilib. Hesabatların vaxtında verilməməsinə görə isə, İnzibati Xətalar Məcəlləsində 30 manatdan 40 manatadək cərimə nəzərdə tutulur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər