FƏRQLƏNMƏ NIŞANI KIMIN ÜÇÜN ALINIR: SÜRÜCÜ, YOXSA NƏQLIYYAT VASITƏSI?

FƏRQLƏNMƏ NIŞANI KIMIN ÜÇÜN ALINIR: SÜRÜCÜ, YOXSA NƏQLIYYAT VASITƏSI?

Sual: Təşkilatımız müdirin sürücüsü ilıə xidmət müqaviləsi bağlayib. Onun işi yalnız müdiri lazımi yerlərə aparmaqdır. Sualım ondan ibarətdir ki, sürücü mütləq Fərqlənmə nişanı almalıdır? Amma qeyd edim ki, sürucunun heç bir nəqliyyat vasitəsi yoxdur. Bu, fərqlənmə nişanı almağa təsir edəcəkmi?

Cavab: Bildirim ki fərqlənmə nişanı avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları həyata keçirən şəxslər tərəfindən hər bir avtomobil nəqliyyatı vasitəsi üçün alınır. Yəni, fərqlənmə nişanı avtomobil üçün verilir, sürücü üçün yox. Sualınızdan aydın olur ki, nəqliyyat vasitəsi təşkilatınızın istifadəsindədir. Bu zaman fərqlənmə nişanı təşkilatınızın adından həmin nəqliyyat vəsitəsi üçün alınmalıdır. Sürücü kimi isə istədiyiniz adamı cəlb edə bilərsiniz. Hüqüqi şəxslər üçün fərqlənmə nişanının alınmasına sürücünün kimliyinin aidiyyatı yoxdur.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər