Əmanət kitabçalarının təhlükəsizlik kodları olmaması saxta sənədlərdən istifadəyə şərait yaradacaq?
Sual: Sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur. Saxta əmanət kitabçaları problemi hansı formada həll ediləcəkdir?
Cavab: Banka təqdim edilən əmanət kitabçasında olan məlumatlar Bankda olan sənədlərdəki məlumatlarla üzləşdiriləcəkdir.
Üzləşdirmə zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılacaqdır. Bilərəkdən sənədlərin saxtalaşdırılmasına, qanunsuz hazırlanmasına və saxta sənədlərdən istifadə olunmasına görə Azərbaycan Respublikası qanunvericiliyində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Mənbə: Maliyyə Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın