6 aydan az işləyib analiq məzuniyyətinə çixan işçiyə əmək məzuniyyəti düşürmü?
Sual: - İşçi 06.10.2009-cu il tarixdə işə girib, 05.01.2010-cu il tarixdə analıq məzuniyyətinə, 24.05.2010-cu il tarixdə isə uşağa qulluga görə sosial məzuniyyətə çıxıb. Tutaq ki, 23.09.2010-cu il tarixdə işə qayıdıb və həmin ili məzuniyyətə çıxmayıb. 2011-ci ildə isə 2010-2011-ci ilin hesabına məzuniyyətə çıxıb. İşçiyə 2009-2010-cu illərə görə məzuiyyət düşürmü?
Anar Əhmədov
Cavab: - Bu zaman işçiyə 2009-2010-cu illər üçün əmək məzuniyyəti düşmür. Ona görə ki, işçi birinci iş ilində ən azı 6 ay işləməlidir və bundan sonra əmək məzuniyyətdən istifadə edə bilər. Sizin sualınızda işçi 06.10.2009-cu ildə işə gəlib və 05.01.2010-cu il tarixində isə analıq məzuniyyətinə çıxıb, yəni, tam 2-3 ay işləyib. Ona görə də birinci iş ilinə görə ona əmək məzuniyyəti verilməli deyil.
0 Komment
Şərh yazın