İdxal olunmuş yararsız avadanlıq geri qaytarılsa, ƏDV ödənməlidir?
Sual: - ƏDV ödəyicisi olan müəssisə Türkiyədən almış olduğu (idxal zamanı ƏDV ödənilib və əvəzləşdirilib) avadanlıqların bir qismini yararsız olduğu üçün geri qaytarmaq barədə qarşı tərəf ilə razılığa gəlib. Malların geri qaytarılması ixrac sayılırmı və büdcəyə ƏDV ödənişi varsa, bu kim tərəfindən ödənilməlidir ?
Səxavət
Cavab: - Belə aydın olur ki, siz avadanlığı idxal etmisiniz, alqı-satqı çərçivəsində ƏDV ödəmisiniz. Həmin ƏDV-ni də əvəzləşdirmisiniz. Sonradan həmin avadanlığı geri qaytararkən məntiqlə alqı-satqı etməlisiniz (yəni, burada müvəqqəti idxaldan söhbət getmir). Yaxud, müqaviləyə elə bir maddə sala bilərsiniz ki, həmin maddə çərçivəsində geri ixrac edə biləsiniz. Vergi Məcəlləsinə əsasən, bu malların ixracı ƏVD-yə «0» dərəcə ilə cəlb olunur. Yəni, burada artıq ƏDV ödənişi yoxdur.
0 Komment
Şərh yazın