Müharibə iştirakçısına 46 gün məzuniyyət düşür?
Sual: - Əmək Məcəlləsinin 120-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir”. 46 təqvim günü məzuniyyət sadəcə, müharibə iştirakçılarına şamil olunur?
Həyat Musayeva, Bakı
Cavab: - Xeyr, məzuniyyət üçün verilən 46 təqvim günü müharibə iştirakçılarına şamil edilmir. Belə ki, məzuniyyət üçün verilən 46 təqvim günü Əmək Məcələsinin 120-ci maddəsində qeyd olunan işçilər üçün nəzərdə tutulur.
DƏMX cavablandırır
3 Komment
Pərvanə 31 Yanvar 2022
Veteranlara nece gun (40gün)mezuniyyet düşür?cavusam 30gun cixiram indiyecen .veteran olduqdan sora 40gün mü olmali
İ[email protected] 31 May 2022
Su qovuşanin azad olunmadına göre ölke prezdentinin serancamı ile təltif olunanlara şamil efilir ya yox
Ebil 07 Sentyabr 2022
Salam[07.09 17:52] Ebil Memmedov: Salam [07.09 17:53] Ebil Memmedov: Emek məcəlləsinin 120 maddesinde nezerde tutulmus məzuniyyət 1ci ve 2ci Qarabag muharibesi veteranlarına samil olunurmu? [07.09 17:56] Ebil Memmedov: Digər sualim Natamam is vaxtinda isleyen isciye emek haqqi hansi qaydada odenilmelidir??islediyi vaxta mutenasib yoxsa gorulen isin faktiki hasilatina görəmi? Bu haqda emek məcəlləsinin 94cu,171ci ve 245ci maddelerinde ferqli qaydalar nezerde tutulub [07.09 17:56] Ebil Memmedov: Zəhmət olmasa cavablandirardiz
Şərh yazın