Fiziki şəxsin vəzifələr təyin emək hüququ var?

Fiziki şəxsin vəzifələr təyin emək hüququ var?

Sual: - Salam. Fiziki şəxs icraçı direktor, mühəndis vəzifələri təyin edə bilər? İkinci sualım ondan ibarətdir ki, möhürə istədiyimız sözləri yaza bilərik? Yoxsa mütləq VÖEN və qeydiyyat rekvizitləri yazılmalıdır?
Nicat Quliyev
 
Cavab: - Bəli, fiziki şəxs sahibkar əmək müqaviləsi bağlamaqla istənilən işçini işə qəbul edə və vəzifələr təyin edə bilər. Fiziki şəxs hüquqi şəxs kimi icraçı direktor və mühəndis təyin etmək hüququna malikdir. Qaldı möhürdə nələrin qeyd olunmasına, bu məsələ ilə bağlı çap mətbəələrinə müraciət etsəniz, daha yaxşı olardı. Ona görə  ki, onlara möhürlərin hazırlanması, blankların çap olunması ilə bağlı müvafiq lisenziyalar verilir və qaydalar müəyyənləşdirilir. Amma təcrübə göstərir ki, möhürdə hökmən şəxsin adı olmalıdır, digər göstəricilər isə azad şəkildə tətbiq olunur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər