Əsas iş yerindən əlavə təsis etdiyi müəssisədə direktor işləmək mümkündür? DƏMX cavablandırır

Əsas iş yerindən əlavə təsis etdiyi müəssisədə direktor işləmək mümkündür? DƏMX cavablandırır

Sual. Mən bir müəssisədə mühəndis işləyirəm. Sahibkarlıqla məşğul olmağa qanunvericilikdə qadağa qoyulmadığı üçün eyni zamanda şirkət təsis etdim və 6 ay onun direktoru oldum. Həmin vaxt staj kimi mənim mühəndis işlədiyim müəssisədəki əmək kitabçama yazıla bilərmi? Müəssisdə mənə dedilər ki, sən iş vaxtı burda olduğun üçün bu, mümkün deyil. Mən təsisçisi olduğum müəssisədə işimi saat 6-dan sonra gördüyümü desəm də, razı olmadılar. Bu, nə dərəcədə qanuna uyğundur?
Cavab: Şirkət təsis edə bilərsiniz. Lakin, orada müxtəlif vəzifədə işləmək üçün, ikinci iş yeri kimi, əsas iş yerinin iş rejiminə mane olmadan, gündəlik normal iş vaxtının yarısından çox olmayaraq işləyə bilərsiniz.

Əgər bu iş vaxtı əsas iş yerinin iş vaxtı ilə üst-üstə düşürsə, əsas iş yerindən razılıq tələb olunur. Yox, əgər iş vaxtından sonra, dediyiniz şərtlə işləmək istəyirsinizsə, əsas iş yerindən razılıq tələb olunmur. İkinci iş yerində işlədiyiniz vaxt staj kimi əmək kitabçanıza yazıla bilər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər