Əsas vəsaitlər balansdan silinərkən verilən müxabirləşmələr
Sual: - Əsas vəsaitlər tam amortizasiya olunduqdan sonra həmən əsas vəsaitın balansda müxabirləşməsi necə aparılır. İkinci sualim ondan ibarətdir ki, mənfəətdən depozit yatırmaq olarmı? Olarsa, bu zaman müxabirləşmə necə verilməlidir?
Kamil
Cavab: - Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) tam amortizasiya olunduqdan sonra onların balansdan silinməsinin müxabirləşməsi aşağıdakı kimi verilməlidir. Gəlin, bunu sadə misalla izah edim. Tutaq ki, AA firmasının balansında 10.000 manatlıq avadanlıq var və onun faydalı istifadə müddəti 5 ildir, sonda qalıq dəyəri yoxdur və firma amortizasiyanı düz xətt metodu ilə aparır.
Köhnə hesablar planında
DT KT Məbləğ Əməliyyatın adı.
01 60 10.000 Əsas vəsait alınıb.
20 02 10.000 5 il ərzində əsasə vəsaitə
amortizasiya hesablanıb.
47 01 10.000 Əsas vəsait silinir.
02 47 10.000 Silinmiş əsas vəsaitin amortizasiya
məbləği silinir.
Yeni hesablar planında
DT KT Məbləğ Əməliyyatın adı.
111 531 10.000 Əsas vəsait alınıb.
202 112 10.000 5 il ərzində əsas vəsaitə
amortizasiya hesablanıb
112 111 10.000 Əsas vəsait silinir.
Sualınızın ikinci hissəsi tam aydın olmadı. Mən mənfəətdən hər hansı bir depozit yatırmaq anlayışına indiyə kimi heç yerdə rast gəlməmişəm. Ola öilər ki, siz nəzərdə tutursunuz ki, müəssisənin sərəncamında mənfəət var və həmin mənfəətdən banka depozit kimi məbləğ yatırasınız. Əgər belə hal varsa, əlbəttə ki, müəssisənin təsisçilərinin qərarına əsasən depozit qoya bilərsiniz. Və yaxud sərəncamda qalan mənfəətdən ehtiyatların yaradılması məsələsi. Bu zaman əgər nizamnamədə nəzərdə tutulubrsa, təsisçilərin qərarına əsasən hər hansı bir ehtiyat yarada və sonradan həmin ehtiyatı təyinatı üzrə istifadə edə bilərsiniz.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın