Məzuniyyət zamanı əmək haqqının indeksləşməsi necə olmalıdır?
Sual: Təşkilatımızın işçisi 3 ay sınaq dövründə 100 manat alıb. Sınaq müddəti bitdikdən sonra ona növbəti ay 150 manat maaş hesablanıb. 6-cı və 7-ci ay vəzifə dəyişikliyi ilə ələqədar işçinin əmək haqqı artaraq 350 manat olub. Həmin işçi 8-ci ayda məzuniyyətə çıxıb. İşçinin məzuniyyətinin hesablanması zamanı aylar üzrə əmək haqqının indeksləşməsi necə olmalıdır?
Cavab: Əmək məzuniyyətinin əmsallaşdırılması Nazirlər Kabinetinin 137 saylı 25 avqust 1999-cu il tarixli qərarı ilə aparılır. Sualınızda göstərilən məbləğlərə uyğun olaraq belə hesablama aparılmalıdır:
(3x100x150/100 + 150x2x350/150 + 350x2)/7 = (450+ 700 + 700)/7 = 264,28 manat. Demək, Sizdə əmsallaşdırmadan sonra əmək məzuniyyəti 264,28 manat təşkil edəcək.
0 Komment
Şərh yazın