Cərimələr xərcə salınmalıdır, yoxsa mənfəətdən ödənməlidir?

Cərimələr xərcə salınmalıdır, yoxsa mənfəətdən ödənməlidir?

Sual: - İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri müəssisəsimizi 1000 manat cərimələyiblər. Həmin cərimə məbləği gəlirə, yoxsa xərclərə aid edilir? Ümumiyyətlə, cərimənin hesablanması və ödənilməsi zamanı hansı müxabirləşmələrdən istifadə edilir?
Cavab: Sual birbaşa Vergi Məcəlləsinə aiddir. Məcəllənin 108-ci maddəsində yazılıb ki, gəlirin əldə olunması ilə bağlı olan xərclər gəlirdən çıxılmalıdır. Əgər xərc gəlirin əldə olunması ilə bağlı deyilsə, artıq bu xərc gəlirdən çıxılmır. Belə xərclər əsasən, sərəncamda qalan mənfəətdən ödənilir. Cərimələr də gəlirin əldə edilməsilə bağlı olmadığından sərəncamda qalan mənfəətdən çıxılmalıdır. Bu zaman müxabirləşmə aşağıdakı kimi olacaq:
 
 
DT   KT  Məbləğ    Əməliyatın  Adı
  
Köhnə hesablar planı
 
88   76     1000  Cərimənin tətbiq olunması 
76   51 (50) 1000  Cərimənin  ödənilməsi
 
Yeni hesablar planı
 
341   531    1000  Cərimənin tətbiq olunması 
531   223 (221) 1000  Cərimənin  ödənilməsi

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər