İş xarakterinə görə əlavə məzuniyyətlərin müəyyən olunması necə müəyyənləşir?

İş xarakterinə görə əlavə məzuniyyətlərin müəyyən olunması necə müəyyənləşir?

Sual: Məndə Əmək Məcəlləsinin şərhi var. Orada zərərli işlərin siyahısı verilib (36 saatlıq iş həftəsi üçün). Əlavə məzuniyyət üçün həmin siyahıdan istifadə etmək olarmı? Çünki qərarda adı çəkilən siyahı həmin şərhdə yoxdur. Siyahıda günlərin sayı 6-dır, yoxsa daha artıq məzuniyyət verilməli peşələr var? 
Mümkünsə, mənə bu məsələdə kömək edin. Müəssisəmiz emusiya istehsalı ilə məşğul olur. Sürücüyə, fəhlələrə, anbardara, istehsalat müdirinə nə qədər əlavə məzuniyyət düşür? Direktora da əlavə məzuniyyət düşürmü?
Esmira Əhmədova
 
Cavab: Ümumiyyətlə, sualı konkretləşdirsək, aydın olur ki, oxucunun sualı iş xarakterinə görə əlavə məzuniyyətlərin müəyyən olunması ilə bağlıdır. 
 
Qeyd etdiyiniz kimi həmin şərhdə ağır və zərərli iş yerlərinin siyahısı varsa (Bu məsələ Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarı  ilə tənzimlənir, 36 saatlıq iş həftəsi olan qərarla yox), həmin siyahıdan istifadə etmək olar. Qaldı əsas məzuniyyətə əlavəyə, bu  Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri 
1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddədən aydın olur ki, əmək şəraiti ağır və zərərli olan iş yerlərinə görə əlavə məzuniyyət 6 gündür. Sizin qeyd etdiyiniz peşələr üzrə ancaq 6 gün əlavə məzuniyyət tətbiq oluna bilər. Həmçinin, bir məqamı nəzərinizə çatdırmaq istərdim ki, həmin qərarla sizin emusiya istehsalı sexində işləyən işçilərə (fəhlə və mütəxəssislərə) əlavə məzuniyyət düşür. Direktora, sürücüyə və anbardara isə əlavə məzuniyyət verilə bilməz.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər