Təhvil-təslimi qəbul eləmiş işçi özündən əvvəlki işçinin səhvlərinə görə məsuliyyət daşıyır?
Sual: Çalışdığım təşkilatda qanunvericiliyin tələblərinə uyğun olaraq insan resursları üzrə məsul işçi vəzifəsindən getmişəm. Bu zaman təhvil-təslim kiminlə aparılmalıdır? Ümümiyyətlə, təhvil-təslimi qəbul eləmiş işçi özündən əvvəlki işçinin səhvlərinə görə hansı dərəcədə məsuliyyət daşıyır?
Cavab: Hər bir işçinin funksiyaları əmək müqaviləsində qeyd olunur. Və müəyyən vəzifələr var ki, həmin onu aparanlarla maddi-məsuliyyət haqqında müqavilələr də bağlanılır. Bəli, işçi əmək və maddi məsuliyyət haqqında müqavilələrdə göstərilən vəzifələri tam yerinə yetirməlidir. Həmçinin, təcrübədə qəbul olunmuş qaydalar var ki, bu tip işçilər işdən azad olunanda o öz işini təhvil verməlidir. Odur ki, belə hallarda mütləq təhvil-təslim aktı imzalanmalıdır. Sizin qeyd etdiyiniz halda da işçi işini, sənədləri təhvil-təslim aktı ilə təhvil verməlidir. Bu halda sizdən əvvəlki işçi işlədiyi dövrə görə özü məsuliyyət daşıyır və öz imzalarına, etdiyi hərəkətlərə görə tam cavabdehdir.
0 Komment
Şərh yazın