Təsisçi malın dəyəri öz hesabından ödədikdə, müxabirləşmə necə aparılmalıdır?
Sual: A şirkəti xaricdəki B şirkətindən mal alır. Amma malın pulunu A şirkətinin təsisçisi öz şəxsi hesabından köçürür. Belə olan halda A şirkəti mühasibatlıqda hansı provodkaları verməlidir?
Ruhin Məmmədov
Cavab: Sualdan belə məlum olur ki, şirkətin digər şirkətdən mal almaq üçün vəsaiti yoxdur və bunun üçün təsisçiyə müraciət edir və təsisçi həmin vəasiti öz şəxsi hesabından satıcıya ödəyir. Əlbəttə ki, şirkət hər hansı bir şəxsdən, o cümlədən təsisçidən borc ala bilər. Təsisçi də həmin vəsaiti birbaşa kassaya, banka və yaxud da qeyd olunduğu kimi satıcının hesabına ödəyər. Sadəcə, ödəniş sənədlərində qeyd olunmalıdır ki, pulu A firmasının alacağı mala görə ödəyir. Gələcəkdə təsisçi ilə hesablaşmalarda problemlərin olmaması üçün bunu etmək lazımdır.
Müxabirləşmə isə aşağıdakı kimidir:
DT KT Məbləğ Əməliyyatın Adı
61 75 (əlavə subhesab) Vəsait avans kimi ödənilibsə
Açmaq lazımdır,
Məsələn 75.4
60 61 B şirkəti malı göndərib
41 60
Yeni Milli hesablar planında isə
243 538 Vəsait təsisçi tərəfindən avans kimi ödənilibsə
531 243 B şirkəti malı göndərib
205 531
0 Komment
Şərh yazın