Bir neçə əmanət kitabçası olan şəxsə ödəmə ayrı-ayrılıqda yoxsa birdəfəlik hesablanmalıdır?

Bir neçə əmanət kitabçası olan şəxsə ödəmə ayrı-ayrılıqda yoxsa birdəfəlik hesablanmalıdır?

SuaL: Mən, Mirzəyev Xəlilin 1992-ci il 1 yanvar tarixinə 3 şəxsi əmanət hesabımda cəmi 33 000 rubl (66 qəpik) məbləğində pul qalığım vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?
Mirzəyev Xəlilin adına 
1721 №- li şəxsi hesab üzrə  - 5 000 rubl (10 qəpik)
3899 №- li şəxsi hesab üzrə  - 9 000 rubl (18 qəpik)
3942 №- li şəxsi hesab üzrə  - 19 000 rubl (38 qəpik)
Cəmi--   33 000 rubl (66 qəpik) qalıq vardır.
 
Cavab:  Bu halda şəxsi əmanət hesablarının  qalığı  cəmlənərək ümumi məbləğə fərdi  birdəfəlik ödəmə verilir.
1000 manat (10 000 rubladək (20 qəpiyədək) hesablanan məbləğ)  + 46 qəpik (əmanət qalığının 10 000 rubldan (20 qəpikdən) artıq olan hissəsi) ×25 manat =2150 manat.
Bununla yanaşı, hesab bağlandığına görə əmanətin özü də, yəni 66 qəpik (0,66 yeni Azərbaycan manatı) əmanətçiyə geri qaytarılır.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına  2 150 manat  66 qəpik vəsait ödənilir.
 
Mənbə: Maliyyə Nazirliyi
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər