Bir neçə yerdə necə baş mühasib işləmək olar?

Bir neçə yerdə necə baş mühasib işləmək olar?

Sual 6: - Salam. Xahiş edirəm sualımı cavablandırasınız. Sizdən konkret, dəqiq cavab istəyirəm. Mən bir yerdə baş mühasibəm və digər yerdə də baş mühasib işləmək istəyirəmsə, köhnə əmək müqaviləmdə nə kimi dəyişiklik etməliyəm, yeni iş yerimdə əmək müqaviləsi bağlamalıyam, ya yox? Əsas iş yerimdə iş saatım azalmalıdırmı? Öncədən təşəkkür edirəm.    
Ülvia Vəliyeva
 
Cavab: - Nəzərinizə çatdırım ki, bütün hallarda işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılmalıdır. Bu, işçinin əsas və ya əlavə (əvəzçiliklə) işləməsindən asılı olmayaraq tələb olunur. Siz əsas iş yerindən başqa bir yerdə də baş mühasib kimi işləsəniz, hökmən orada da əmək müqaviləsi bağlamalısınız. Qaldı iş vaxtının müəyyənləşdirilməsi məsələsi. İşçi əsas iş vaxtından sonra əlavə iş yerində işləyə bilər. Və yaxud da əsas iş yerində 8 saat yox, işəgötürənlə olan razılığa əsasən, məsələn 5 saat işləyə bilər və qalan vaxtda başqa yerlərdə istənilən işlə məşğul ola bilər. İş saatlarının azaldılıması işçi ilə işəgötürənin razılığından asılıdır. Məsələn, baş mühasib var ki, bir iş yeri əsas iş yeridir, əmək kitabçası oradadır. Həmin iş yerində 4 saat işləyir. Günün ikinci yarısında isə 3 yerdə baş mühasib kimi çalışır, həmin iş yerlərində işləmək üçün əsas iş yerindən heç bir razılıq tələb olunmur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər