Əmr yoxdursa, əmək kitabçasına yazılışlar nəyin əsasında aparılmalıdır

Əmr yoxdursa, əmək kitabçasına yazılışlar nəyin əsasında aparılmalıdır

Sual:- Salam. 15 il bundan qabaq şirkətimizdən ayrılan işçi əmək kitabçasını yazdırmaq istəyir. Lakin o dövrdə bu işçi haqqında heç bir əmr yazılmayıb. Bunun üçün nə etməliyik? Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Cavab: - Bu kimi suallarla bağlı jurnalımızın əvvəlki buraxılışlarında məlumat vermişik. Belə ki, əmək kitabçalarına yazılışlar işçinin işə qəbul olunduğu gündən 5 gün muddətində aparılmalıdır. Və bu yazılışlar əmrlər, sərancamlar, əmək müqavilələri əsasında qeyd olunmalıdır. Amma siz qeyd edirsiniz ki, ümumiyyətlə, əmr olmayıb. Belə başa düşürəm ki, əmək kitabçasında yazılışlar üçün əsas yoxdur.Yaxşı olardı ki, vətəndaş məhkəməyə müraciət etsin və  məhkəmə qərar qəbul etsə, onda əmək kitabçasını doldurmaq olar.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər