Borc vermək yalnız bankların səlahiyyətindədir?

Borc vermək yalnız bankların səlahiyyətindədir?

Sual: -  Salam. Sualım belədir. Hər hansı bir MMC digər bir MMC-yə faizlə borc verə bilərmi? Yoxsa bu hüquq ancaq kredit təşkilatlarına aiddir?
Rəşid
 
Cavab: - Bu sayımıza ünvanlanan suallar çox maraqlı, mühasiblər, rəhbər işçilər üçün problem yaradan əməliyyatlar barədədir.
Bəli, mən praktikada fiziki və ya hüquqi şəxslərlə çox borc müqavilələri bağlamışam. Həmin müqavilələrin faizsizi də olub, faizlə bağlananı da. Əlbəttə ki, bu sualı Sizdən əvvəl öz-özümə verib, cavab axtarmışam. İndi gəlin, sualın cavabını birlikdə araşdıraq. Azərbaycan Respublikasının Mülki Məcəlləsində yazılıb:
 
Maddə 739. Borc müqaviləsi
739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
 
 
Həmçinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa da nəzər yetirək.
 
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
 
 
Bank olmayan  kredit təşkilatı - qanunla bank olmayan  kredit təşkilatı statusuna malik olan hüquqi şəxs.
Bank lisenziyası - bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytanlan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
 
Deməli, bank fəaliyyətinə kreditin verilməsi də daxildir. Mülki Məcəlləyə əsasən, borc vermək mümkündür. Bu, həm əşya formasında, həm də pul formasında ola bilər. Əgər borc pul formasında olarsa, bu, artıq kredit sayılır. Amma bir məsələ var ki, pulun borc verilməsi peşəkar fəaliyyət olarsa, yəni sahibkarlıq fəaliyyəti kimi formalaşarsa, onda əlavə qaydalara riayət etmək lazımdır. Belə ki, hər hansı bir şəxs sahibkarlıq fəaliyyəti kimi pul borc verməklə faiz yolu ilə gəlir götürməklə məşğul olarsa, onda artıq bu, lisenziyalı fəaliyyət sayılır. Bu fəaliyyət üçün mütləq lisenziya lazımdır. Amma bir əməliyyat çərçivəsində verilər borc pula görə lisenziya tələb olunmur. Yəni, bu, bank fəaliyyətinə aid deyil.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər