
Əmək kitabçasının gec açılması Məşğulluq İdarəsinin səhvindən olarsa, cərimə tətbiq olunur? --DƏM-- cavablandırır
Sual: - İşçiyə əmək kitabçasının alınması ilə bağlı Məşğulluq İdarəsinə müraciət olunub. Lakin Məşğulluq İdarəsi əmək kitabçasını 1 ay müddətinə təmin edib. Bu müddət ərzində Əmək Müfəttişliyindən yoxlama gəlib və işəgötürənə işçinin əmək kitabçasının olmaması iradı tutulub. Sualım ondan ibarətdir ki, işçiyə mütləq 5 gün ərzində əmək kitabçası açılmalıdır, əks halda cərimə tətbiq ediləcək?
Dövlət Əmək Müfəttişliyinin cavabı: - İşçiyə onunla əmək müqaviləsi bağlandıqdan sonra 5 gün ərzində əmək kitabçası açılmalıdır. Əks halda inzibati qaydada cərimə tətbiq olunur. Bu pozuntuya görə, İnzibati Xətalar Məcəlləsinin 53.7-ci maddəsinə əsasən, beş yüz manatdan min manatadək vəzifəli şəxslər cərimə edilir. Heç bir səbəb bunun üçün əsas ola bilməz.
0 Komment
Şərh yazın