İşçilərə verilən əməkhaqqı hansı aralıqda verilməlidir və gecikməyə görə cərimə hesablanmalıdır?

İşçilərə verilən əməkhaqqı hansı aralıqda verilməlidir və gecikməyə görə cərimə hesablanmalıdır?

 

Sualı Dövlət Əmək Müfəttişliyi Xidmətinin ekspertləri cavablandırır

Sual. İşəgötürən işçinin əməkhaqqını əmək müqaviləsində nəzərdə tutulan aralıqda verə bilmirsə, bu zaman onu hansı cəza və ya cərimə gözləyir?

 

Cavab. Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, işçilərə verilən əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) ayda iki dəfə verilməlidir. İşçinin əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin, işəgötürənin təqsiri üzündən gecikdirilmə halı, məhkəmə tərəfindən baxılıb müəyyən edilməlidir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər