Töhmət əmək kitabçasına qeyd edilir?
Salam. Müdir işə gecikdiyimə görə mənə töhmət verib. Kadrlar işləri üzrə mütəxəssisə də tapşırıb ki, bu töhmət haqqında əmək kitabçasında qeydlər aparsın. Öyrənmək istəyirəm ki, töhmət əmək kitabçasına işlənilir? Orxan Əhmədov
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilən “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.3-cü maddəsində qeyd olunub ki, mükafatlandırmalar, həvəsləndirmələr və əmək intizamının pozulmasına görə işçiyə verilmiş tənbehlər əmək kitabçasına yazılmır.
2 Komment
Eliaga 17 May 2022
Salam emek kitabcasini iwden cixdiqdan sonra nece gune ala bilerem qanunda nece qeyd olunub.iwlediyim muessese onu yubandirmaga haqqi var?
İbrahimova Pərvanə 21 Sentyabr 2022
Salam 14 gün işlədim 1 gün evdə qaldım uşağımı həkimə apardım səhəri məni işdən çıxardılar və mənə məsuliyyətsiz işçi dedilərmək kitabçamdada qeyd edəcəklərini bildirdilər. Əmək kitabçasına məsuliyyətsiz işçi yazılmağı doğrudur ??
Şərh yazın