Əmək məzuniyyəti dövründə işçi əmək qabiliyyətini itirərsə, ona müavinət verilir?
«Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətın hesablanılması və ödənilməsi haqqında Əsasnamə»də qeyd olunub ki, Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.
Əsasnamədən göründüyü kimi işçi əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirərsə ona xəstəlik vərəqəsinə əsasən müavinət verilir. Yaddnızdadırsa, qeyd etmişdik ki, əmək fəaliyyəti olmayan dövrdə işçinin əmək qabiliyyəti itirilərsə, ona müavinət verilmir. Amma növbəti əmək məzuniyyəti dövrü burada istisna təşkil edir. Məsələyə məntiqlə yanaşaq. Həqiqətən də, işçiyə əmək məzuniyyəti dövründə baş vermiş əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinət verilməlidir. Birincisi, ona görə ki, işçi əmək fəaliyyəti ilə məşğul olur və buna görə də mükafat kimi əmək məzuniyyəti qazanır, yəni bu əmək məzuniyyəti əmək fəaliyyətindən yaranır. İkincisi isə, əmək məzuniyyətinin məbləğinə məcburi sosial sığorta hesablanılır və ödənilir.
0 Komment
Şərh yazın