Əmək kitabçası itdikdə nə etmək lazımdır?

Əmək kitabçası itdikdə nə etmək lazımdır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 saylı qərarına əsasən, Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir.

Dublikat almaq üçün işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «Dublikat» sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Qeyd edək ki, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.

 

 

 

3 Komment

  1. Solmaz 24 Dekabr 2019

    Salam menim evvelki iş yerim baglanib mudurumun unvanida mende yoxdu emek kitabcami ala bilmire işden 8-9ay olar cixmişam harada cv yaziram emek kitabcasi teleb edirler men nece ede bilerem yenisini ala bilerem evvelki emek kitabcami nece legv ede bilerem ya nece hardan ala bilerem xaiş edirem mene komek edin onun sayesinde işe gire bilmirem prablem yaradir mene

  2. Babek 05 Fevral 2021

    Salam,men emek kitabcami itirmiwem.kitabcada ayri ayri iw yerlerinden stajim var.indi yeniden iwe girmekcun emek kitabcasi teleb olunur.yenisini nece elde ede bilerem.ve ya elde etsem orda gosterilen iw yerlerim nece yazilacaq.muxtelif iwlerde 10ile yaxin stajim var.zehmet olmasa komek ederdiz

  3. Kamile 26 Dekabr 2022

    Salam .menim qaynanam 15 il evvel işe duzeldiyi mektebde emek kitabçasini itirib.indi hal hazirda pensiya ile elaqedar iwlemir.kitabçani nece berpa ede bilerik?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər