Müəsssisələr minimum əmək haqqıya uyğun əmək haqqı müəyyənləşdirəndə nələri nəzərə alınmalıdır?
Altay müəllim, bir maraqlı sual da Bakıdan olan oxucumuz Nicat Quliyevdən gəlib. Oxucumuz yazır ki, minimum əmək haqqının 60 manat olduğu vaxtda (indi minimum əmək haqqı 93,50 manatdır- red.) müəssisəmizdə sürücülərin əmək haqlarını həmin məbləğə uyğun müəyyənləşdirmişdik. Lakin Əmək müfəttişliyindən gələn yoxlama bildirdi ki, sürücülər üçün minimum əmək haqqı 77 manat məbləğində nəzərdə tutulub. Və mənə sənəd də göstərdi. Səhv etmirəmsə, Nazirlər Kabinetinin qərarı idi. Müfəttişliyin nümayəndəsi bildirdi ki, hər sahə üçün ayrıca minimum əmək haqqı
nəzərdə tutulub. Bu, doğrudanmı belədir?
Cavab: Minimum əmək haqqı anlayışı Əmək Məcəlləsində qeyd olunub. Minimum əmək haqqının məbləği mütəmadi olaraq artırılır. Son dəyişikliyə görə minimum əmək haqqı 93,50 manatdır. Qaldı sürücülər üçün minimum əmək haqqının 77 manat olmasına, belə bir şey yoxdur. Sadəcə, büdcə təşkilatları üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq dərəcələr təyin olunub və həmin dərəcələr 19-a qədər üəyyənləşdirilib.
Dərəcələr büdcədən maliyyələşən müəssisələr üçün fərqlidir. Həmin dərəcələrdə ən aşağı olan 1-ci dərəcə 93,50 manatdır. Bundan sonra olan dərəcələr misillərlə artır. Ola bilsin ki, həmin müfəttişlər müəssisənin mühasibinə bu qərarı göstəriblər. Onu da qeyd edim ki, bu qərar büdcədən maliyyələşən müəssisələr üçün məcburidir. Digər müəssisələr üçün isə yox. Əgər sizin müəssisə büdcədən maliyyələşmirsə, müfəttişlərin iradları yersizdir.
0 Komment
Şərh yazın