Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri yoxlamalara gəlməmişdən öncə məlumat verməlidir?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri yoxlamalara gəlməmişdən öncə məlumat verməlidir?

DƏMX-nin ekspertləri cavablandırır
Sual. Bu günlərdə təşkilatimızın ofisinə özünü Əmək Müfəttişliyinin nümayəndəsi kimi təqdim edən şəxs blank gətirdi. Bildirdi ki, müdiriyyət həmin blankı bir həftə ərzində doldurub, möhür və imzayla təsdiqləyərək ona təqdim etməlidir. Blankda müəssisədəki işçilərin sayı, əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi ilə bağlı son yoxlamanın nə vaxt keçirilməsi və digər suallar yer alırdı. Bilmək istəyirik ki, bu cür məlumatların istənilməsi nə dərəcədə qanuna uyğundur? Təşkilatimiz həmin məlumatları təqdim etməyə bilərmi?

Cavab. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 fevral tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsinin 10.1 və 10.2-ci maddələrinin tələblərinə uyğun olaraq Dövlət Əmək Müfəttişliyi nəzarət dairəsinə daxil olan və ya nəzarət dairəsinə daxil olmasını müəyyən etmək üçün müəssisəyə əvvəlcədən xəbərdarlıq etmədən və sutkanın istənilən vaxtında maneəsiz daxil olmaq, səlahiyyətləri daxilində hər hansı sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq, surətini və ya ayrı-ayrı yerlərindən çixarışlar etməyi işəgötürəndən tələb etmək hüququna malikdir

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər