Sığortaedənlər ilkin, düzəliş edilmiş və dəqiqləşdirilmiş hesabatı hansı hallarda təqdim edə biilərlər?

Sığortaedənlər ilkin, düzəliş edilmiş və dəqiqləşdirilmiş hesabatı hansı hallarda təqdim edə biilərlər?

 

- Sığortaedən ilkin, düzəliş edilmiş və dəqiqləşdirilmiş hesabat təqdim edə bilər.

İlkin hesabat - sığortaedən tərəfindən müəyyən olunmuş müddətdə DSMF orqanına ilk dəfə təqdim edilən və DSMF orqanı tərəfindən uyğunsuzluqlar və səhvlər aşkar edilməyərək qəbul olunan hesabatdır.

Düzəliş edilmiş (dürüstləşdirilmiş) hesabat - DSMF orqanı tərəfindən kameral yoxlama zamanı hesabatın tərtibində səhvlər və ya məlumatlar arasında ziddiyyətlər aşkar edildikdə, hesabat müəyyən olunmuş formada (səhifə sayında) və tam məlumatlar təqdim edilmədikdə DSMF orqanı tərəfindən sığortaedəndən tələb olunan hesabatdır.

 

Dəqiqləşdirilmiş hesabat - əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, sığortaedənlər tərəfindən həmin dövr (01.01.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə) üçün təqdim olunan hesabatdır.

Dəqiqləşdirilmiş hesabat sığortaedəndə səyyar yoxlama aparıldıqdan sonra təqdim edilir.

Dəqiqləşdirilmiş hesabat üzrə DSMF-yə ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləği əvvəl təqdim edilmiş hesabat üzrə DSMF-yə ödənilməli olan məbləğdən çox olduqda hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği üzrə fərq ödənilir, az olduğu halda isə hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği üzrə fərq azaldılır. Qeyd olunan fərqlər və ona tətbiq edilmiş maliyyə sanksiyaları dəqiqləşdirilmiş hesabatın təqdim edildiyi hesabat dövründə nəzərə alınır.  Əvvəlki hesabat dövrləri üzrə hesabat verməyən sığortaedənlər həmin dövrlər üçün hesabat təqdim etməlidirlər. Bu halda hesabat 01.01.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə sığortaedəndə səyyar yoxlama aparıldıqdan sonra təqdim edilir.  Əvvəlki hesabat dövrünün göstəriciləri hesabatın təqdim edildiyi hesabat dövründə nəzərə alınır.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər