Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının nümünəvi forması (fayl şəklində)
25 dekabr 2009-cu il tarixli "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, Qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Həmin qaərarın 3-cü maddəsinə əasaən qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir:
- Maliyyə vəziyyəti haqqında hesabat. Forma № 1;
- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma № 2;
- Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat. Forma № 3;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Forma № 4;
- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Nümünəvi 1,2,3 və 4 saylı formanı yükləyin.
Qeyd edək ki, göstərilən maliyyə hesabatlarının formaları nümunəvi olduğuna görə, zərurət yarandıqda, qeyri-hökumət təşkilatları həmin hesabat formalarına müvafiq maddələr əlavə edə bilərlər.
MK jurnalı: Fayların yüklənməsində hər hansı problem yaranarsa, zəhmət olmasa, şərh yazmaqla və ya [email protected] adressinə istəyinizi bildirməklə formanı əldə edə bilərsiniz.
0 Komment
Şərh yazın