İşçi neçə yerdə əvəzçiliklə işləyə bilər
Sualı Dövlət Əmək Müfəttişliyi Xidmətinin ekspertləri cavablandırır
Sual: - İşçi neçə yerdə əvəzçiliklə işləyə bilər? Elə vəzifələr varmı ki, həmin vəzifəni tutan işçinin əvəzçiliklə başqa yerdə çalışmasına qanunvericilikdə məhdudiyyətlər qoyulsun?
Cavab: - Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti iş vaxtı üçün müəyyən edilmiş normanın yarısından çox ola bilməz. Belə ki, əvəzçilik üzrə işləyən işçi normanın yarısından çox olmayan müddət ərzində, eyni zamanda iş vaxtı üst-üstə düşməyən başqa bir sıra iş yerində işləyə bilər. Bir sıra hallarda məsələn, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir.
Sualın ikinci hissəsinə gəlincə, dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinin (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla) əvəzçiliklə işləmələrinə yol verilmir.
0 Komment
Şərh yazın