Nizamnamə kapitalının əmlak formasında artırılması necə rəsmiləşdirilməlidir?
Sual: Təşkilatın təsisçisi nizamnamə kapitalına şəxsi əmlakı olan minik avtomobilini və 650 manatlıq “notebooku” qoymaq istəyir. Qeyd edim ki, minik avtomobilinin qiymətini təsdiq edən sənəd yoxdur. “Notebook” isə 2007-ci ilin yayında alınıb. Həmin əsas vəsaitlər nizamnamə kapitalına hansı qiymətlərlə qoyulmalıdır və bunun üçün hansı sənədləşmələr aparılmalıdır? Səbuhi İsayev
Cavab: Nəzərinizə çatdırım ki, nizamnamə kapitalında olan hər hansı bir dəyişiklik təsisçilərin qərarı ilə olmalıdır və qiymətləndirmə üçün kanardan mütəxəssis də çağıra bilərsiniz. Və yaxud, təsisçilər müqavilə formasında (razılaşma) özləri qiymət qoya bilərlər. Əlbəttə ki, bu qiymətləndirmə reallığa uyğun olmalıdır. Amma əmlak formasında nizamnamə kapitalı formalaşanda qeydiyyatı həyata keçirən orqanlar sizdən auditor rəyini tələb edəcəklər. Auditor rəyində göstərilməlidir ki, həqiqətən də nizamnamə kapitalının artırılmasının dəyəri, əmlakın dəyərinə uyğundur. Sualınıza cavab olaraq deyə bilərəm ki, qeydiyyat orqanları üçün “noutbukun” və ya maşının qiymətini təsdiq edən sənəd vacib deyil, onlar sizdən auditor rəyini istəyəcəklər. Ancaq bu sənədlər rəyi verən auditor üçün lazım ola bilər. Əlbəttə ki, bu hər bir auditorun işə peşəkar yanaşmasından asılıdır.
4 Komment
Huseyn 12 İyul 2018
Salam mən bilmək istərdim ki, təsisçi əmlak şəklində nizamnaməni artırır və bu proses dövlət qeydiyyatına alınandan sonra əmlakın Dövlət reyestrində təsisçinin adından hüquqi şəxsin adına keçməsi prosesi necə rəsmiləşdirilməlidir? Vergi Nazirliyindən alınan reyestrdən çıxarış və Nizamnamənin artırılması barədə əlavə buna kifayət edirmi? Əvvəlcədən təşəkkür edirəm!
Elxan 19 Sentyabr 2019
Salam Təsisçi onun adına sərəncamla ayrılmış torpaq yataq sahəsini təsisçisi olduğu müəssisənin istifadəsinə verə bilərmi və ya həmin sahəni nizamnamə kapitalının artırılmasına müəssisəyə verə bilərmi?
İlham Məmmədov 07 Aprel 2022
Salam. Bilmək istərdim ki, hər hansı bir publik hüquqi şəxsin balansında olan əmlak yenidən əsaslı təmir edilibsə və əmlakın dəyəri artıbsa bu halda publik hüquqi şəxsin Nizamnamə kapitalının artırılması üçün hansı sənədlər təqdim olunmalıdır ki, nizamnamə kapitalı artırılsın?
Ali 15 Fevral 2023
Salam Muessisenin nizamname kapitalinda olan emlak ucun her hansi bir normativ var? Yeni kapitalda olan emlakin deyeri kapitalin hansi faizini teshkil etmelidir ve ya hansi faizinden yuxari ola bilmez?
Şərh yazın