İşçi işdən çıxanda son haqq-hesab üzrə məbləğ nə vaxt ödənilməlidir və gecikdirilərsə cərimə necə hesablanır?

İşçi işdən çıxanda son haqq-hesab üzrə məbləğ nə vaxt ödənilməlidir və gecikdirilərsə cərimə necə hesablanır?

 

Sualı Dövlət Əmək Müfəttişliyi Xidmətinin ekspertləri cavablandırır

Sual: İşçi 01 oktyabr 2010-cu ildə işdən azad edilib. İşçinin təşkilatdakı son iş günü 30 sentyabr 2010-cu il tarixi olmasına baxmayaraq ona son haqq-hesab üzrə məbləğ 05 noyabr 2010-cu il tarixdə edilib. Sizdən öyrənmək istərdim ki, Son haqq-hesab üzrə məbləğin gec ödənilməsinə görə təşkilatı hər hansı cərimə gözləyir?

 

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Əmək mübahisəsi yaratdığı təqdirdə isə məhkəmə qaydasında həll edilməsi qanunvericilikdə nəzərdə tutulub.

 

 

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

27 Komment

  1. pərvin 03 Oktyabr 2018

    salam.son haqq hesabın verilməsi barədə sualım var.İşçi 01.12.2017-ci il tarixdə işə qəbul olub,16.04.2018-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunub.onun son haqq hesabı necə hesablanmalı.

  2. pərvin 03 Oktyabr 2018

    salam.son haqq hesabın verilməsi barədə sualım var.İşçi 01.12.2017-ci il tarixdə işə qəbul olub,16.04.2018-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunub.onun son haqq hesabı necə hesablanmalı.

  3. Ulkər Xəlilova 25 May 2019

    Salam.Zəhmət olmasa deyərdiz əgər işçi 19.04.2019 tarixdə 500 manat əmək haqqı ilə işə qəbul olunub, lakin 24.05.2019 il taixdə işdən azad edilib öz xahişi ilə, ona istifadə edilməmiş məzuniyyət günü hesablanarkən orta aylıq əmək haqqının hesablanmasını ştat əmək haqqı kimi götürülməlidir? Tam işlədiyi ayı olmadığı halda baza ne götürülür ?

  4. Şəlalə 29 May 2019

    mənə də bu sualın cavabını göndərin zəhmət deyilsə

  5. Leman 09 Yanvar 2020

    Salam. Men isden cixmagima baxmayaraq emek haqqim odenilmeyib. Men calisdigim mudetde yazili emek muqavilesi baglanib. Amma elektron qaydada qeydiyyata salinmayib. Bu qanina uygundurmu?

  6. Elsen 16 Mart 2020

    Salam.Men bilmek isteyirem zehmet olmasa mumkunse meni maraqlandiran bir meseleye aydinliq getirdiz.Men 2019-aprel ayinda qanuni wekilde iwe qebul olmuwam 2019-noyabr ayinda oz erizemle iwden azad olunmuwam emek haqqim odenilib amma rawot pulum odenilmeyib helede.Indi bilmek isteyirem mene bu rawot pulu duwmelidir ya yox?

  7. Rasim 24 İyun 2020

    İşçinin iş ili 09 noyabr 2018-ci ildəndir.01 iyun 2020-ci ildən işdən azad edilib. Son hesabın hesablanması zamanı son 12 ayın əmək haqqısını götürüb 15 təqvim gününə görə hesablayırıq.Xahiş edirəm son hesabın hesablanmasını və hansı tutulmaların(vergi güzəşti) aparılması barədə melumat verilməsin deyerdiz Amma işdən çıxsada başqa yerdə iş fəaliyyətinə başlamışdır.

  8. Edalet 24 Sentyabr 2020

    Salam men ozel şirketde işleyirem ve meni işden cixarirlar 6 ilden coxdu işlerirem mene raşot pulu nece hesablanir onu bilmek isteyirem

  9. Rəşad 26 Sentyabr 2020

    Salam. Mən xarici şirkətdə işləyirəm. 6cı ildirki eyni şirkətdə işləyirəm. 3 aydan bir müqavilə bağlanılır. Bu ayın axırı müqavilə bitir. Məni işdən çıxarırlar. İş bitməyib,ama iş bitimi ilə məni işdən çıxarırlar. 6 ildə mənə heç bir izahat da yazılmayıb. Yəni işdə ciddi bir problem yaratmamışam. Bilmək istəyirəm,belə oıan halda işəgötürən mənə təzminat ödəməlidir və necə ödəməlidir?

  10. Pasa 19 Oktyabr 2020

    salam Mən 31 ildir isləyirəm 2019-cu ilin may ayinin 15 də məzuniyyetə cixmisam 2020-ci ilin iyun ayinda is yerimi dəyismisəm mənə son hesab necə hesablanib verilməlidir

  11. xancan 15 Dekabr 2020

    men resant group mmc nin otteller sebekesinde aspaz vesifesinde isleyrdm 02 12 2020 tarixden isleyirem 11 7 2020 tarixde isden eve gederken meni ixtisara dusduyumu xeber verdiler ve sonra meni ise caqrmadilar men emek muffetisliyine sikayet etdm baxilir isime anma men işsizem rich otel 200 nefer qonaqlar var yeni isleri dayanmayib muqavilem quvvededir xaiw edirem komeklik gosderin

  12. Laçın 20 Yanvar 2021

    Salam. İşçinin 65 yaşı tamam olduğuna görə dekabr ayının 18 də işdən azad edilmişdir. İşçinin 1995_1996 cı tədris ilinin məzuniyyəti də verilməmişdir. İndi işçiyə son haqq hesab verilərkən 95_96 cı ilin kompensasiyası verilməlidirmi və ona kafsent çıxarıb bu ilin əmək haqqına çıtdırılmalıdırmı? Zəgmət olmasa misalla izah edərdiz.

  13. SADIQOVA NƏRMİNƏ 23 Yanvar 2021

    SADIQOVA NƏRMİNƏ SALAM. MƏN İŞƏ GƏLMİŞƏM 24.09.2018-Cİ İLDƏ İŞDƏN AZAD OLMUŞAM 18.06.2019-CU İLDƏ. MƏZUNİYYƏTİM 21 TƏQVİM GÜNÜDÜR. SON HAQQ HESAB MƏNƏ NEÇƏ GÜN DÜŞÜR VƏ NEÇƏ AY HESABLANMALIDLR ORTA AYLIQ.

  14. Leman 10 Fevral 2021

    Salam.Men 20.04.2019cu ilden isleyirem ve 10.02.2020ci il işdən erizemle çıxdım.İdarede is olmadığı üçün Dekabr ayının maaşının yarısı ödenilib, yanvar ayı ve fevral ayının 10-na kimi maaş verilmeyib. Menim hesabım nece olacaq ?ne teleb ede bilerem?

  15. Cavid 24 Fevral 2021

    isci 18 Avqust emri verilib ve 19 fevral xitam alib. bunu mezuniyyet huququ yaranan kimi xitam alib. son haqq hesab hansi formada aparilmalidir,?

  16. D 04 Mart 2021

    SALAM SUALIM MÜƏLLİMLƏRLƏ BAĞLIDIR.25 AVQUSTDAN ETİBARƏN MÜƏLLİMLƏRİN YAY MƏZUNİYYƏTİ TAMAM OLUR VƏ 26 AVQUST 2020-Cİ İL TARİXDƏN 19 FEVRAL 2021 TARİXƏDƏK(19 FEVRALDAN ÇALIŞMANIN YAŞ HƏDDİNƏ GÖRƏ ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLİB)İŞLƏYƏN MÜƏLLİMƏ SON HAQQ HESAB ÖDƏNİLMƏSİ ÜÇÜN HESABLAMA NECƏ APARILIR

  17. Mehemmeed 19 Mart 2021

    Salam men 2 il 8 ay muhafize de iwlemisem vr emek haqqim 260 manat alirdim men serhet qowunlarina iwlemk ucun muhavize iwinden ayrildim ve mene rawot pulu ne qeder duwmelidi mene 390 manat pul verilib men bilmek isdeyurem ki menim umumi ne qeder rawot pulum olmalidi zehemt olmasa mene deyerdiz

  18. ruhiyye 31 Avqust 2021

    SALAM .tutaq ki isci mart 2020-2021-ci il dovru ucun mezuniyyete cixib.avqust ayinda isden azad olunur.Son haqq hesab hesablayarken martdan sonraki ay uzre aldigi emek haqqi hesablanib orta ayliq tapilmalidir?Yoxsa isden azad olundugu tarixden evvele 12 ay goturulmelidir?

  19. Abbas 18 Noyabr 2021

    Salam cox xaiw edirem anlayiwi olan zeng etsin 051 986 00 55 men 2014 cu ilden iwleyirem ve 2021 ci il 10cu ayin 13 u emek mecelleme xitam verilib ver bir manat bele ala bilmemiwem ve hemcinin 8 ilde bir defe mezunyete cixmamiwam rawot pulmu almaqcun men hara muraciet ede bilerem mene 700 manat pul verir mende istemirem yeni goturmurem o,meblegi cox xaiw edirem anlayiwi olan meni yigsinda watsaplada yiga biler 051 986 00 55 hal hazirda bakidayam bu iwle bagli gelmiwem kim iwme komeklik etse yeterince hormet edecem

  20. Gulnar 28 Yanvar 2022

    Salam.Men bir il bitib 2021 il avqyst ayinda mezuniyyete cixmisam.Mezuniyyetden sonra tam 5 ayim var.Maasim 467 nan,ele catan mebleg 384 manatdir.Son haqq- hesabim nece hesablanmalidir?Cox sag olun.

  21. Aynura 28 Fevral 2022

    Salam men cox xais edirem mene komey edin.menim anlahyisim olmadigi ucun iw yerim mudruyet ISDEDIYI Kimi etdi.meni pandemiya dovtunde yola vermediler mecbur qalib 3 IL islediyim yerden cixdim.amma emek kitabcami bele vermediler.menim maawimi bele vermediker.aylarla hele yari yari verildi.men hara kime wikayet edim?

  22. Fidan 24 May 2022

    Salam. Iscinin ayliq emek haqqisi 1650 manatdir. Isci 2022-ci il yanvar ayindan baslayaraq fevral, mart, aprel aylarinda tam isleyib. May ayinin 23-u isden azad edilib. May ayinda emek haqqi 1224.19 manat hesablanib. BU il ucun 5 aya gore son haqq hesab nece hesablanmalidir? Onceden tesekkurler

  23. tural 20 İyun 2022

    Salam mən 2014 ci ilden işlerim 8 il iş stasim var əmək haqqı 567 manati işden çıxsam raşot pulu necə hesablanacaq. Önceden təşəkkurler

  24. Rəşid İbrahimov 26 İyun 2022

    Salam mənim əmək hakkim 800 manatdır 400manat karta vurulur 400isə ələ verilir ayın biri məni işimə xitam verilir 1ildən artıq bu şirkətdə işləyirəm məzuniyyətə çıxmamışam mənə nəqədər Rasot pulu düşür

  25. Baxtiyar 29 Sentyabr 2022

    Salam.Menim portalda emek haqqim 989 azn yazilib.Ancaq aldigim maas 2500 azn teskil edir.Isden azad olunanda mezuniyyet hansi odenilen maas uzre hesablanacaq?

  26. Aysel 25 Yanvar 2023

    Salam.Men ay yarımdır işlədiyim restorandan bu gün sebebsiz behane ile işdum azad olundum,ve ise daxil olarken ise heç bir emek müqavilesi imzalanmayib,emek haqqı ise neğd şekilde hisse hisse verilirdi,şikayetim kecerli ola biler?

  27. Iskender 06 Aprel 2023

    Salam.Mən özəl şirkətlərin birində 9 ildir çalışıram,əmək müqaviləsiylə.Özüm epilepsiya xəstəsiyəm (sudurqa) amma yungul növündən.İndi məni bu bəhanə ilə işdən çıxarmaq istəyirlər.Bununa bağlı mən nə kimi tədbirlər görməliyəm və hansı dövlət qurumlarına müraciət etməliyəm?Və ən əsası buna görə mənə təzmimat düşürmü və ya tələb edə bilərəmmi?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər