Cərimə məbləğindən büdcəyə hansı vergilər ödənilməlidir?

Cərimə məbləğindən büdcəyə hansı vergilər ödənilməlidir?

Sual: A şirkət vaxtında Bizə ödəniş etmədiyinə görə, cərimə olunmalıdır (onunla bağlanan mügavilənin şərtinə əsasən). Sualım ondan ibarətdir ki, biz bu cəriməni necə rəsmiləşdirilməliyik və büdcəyə hansı vergi ödəməliyik!

Əvvəlcədən təşəkkür edirəm!!

Oksana Xanseyidli

Cavab: Belə hallarda ilk növbədə siz qarşı tərəfə onların cərimədəndiyi haqqında bildiriş təqdim etməlisiniz. Bu zaman qarşı tərəfin reaksiyasına diqqət yetirmək lazımdır. Bütün hallarda bu məsələ bir az dəqiqlik tələb edən haldır. Təcrübə göstərir ki, adətən, qarşı tərəf hansısa bir hərəkətinə görə cərimələnməklə barışmır və sonda məhkəmə bu məsələləri həll edir. Təcrübədə bu məsələlər əsasən məhkəmə yolu ilə həll olunur. Tutaq ki, məhkəmə A şirkətinin sizə cərimə ödəməsi haqqında qərar çıxarıb. Bu hadisəyə Vergi Məcəlləsinə əsasən iki cür yanaşılır. Tutaq ki, siz sadələşdirilmiş vergi ödəyicisiniz. Bu halda Vergi Məcəllsinin 219-cu və 13-cü maddələrində baxaq:

219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla)  təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir.

13.2.12. Satışdankənar gəlirlər — digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.

Aydın olur ki, cərimədən əldə olunan gəlir satışdankənar gəlirdir və həmin cərimə qarışı tərəfdən ödənilən zaman sadələşdirilmiş vergiyə cəlb olunacaq.

Yaxud da nəzərə alaq ki, siz ƏDV və mənfəət vergisi ödəyicisiniz. Bu zaman həmin cərimə məbləği ƏDV tutma obyekti deyil. Yəni 18% ƏDV hesablanılmayacaq, sadəcə illik mənfəət vergisi bəyənnaməsinə gəlir kimi daxil olunacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər