Müvəqqəti alınmış əsas vəsaitə amortizasiya hesablanır?

Müvəqqəti alınmış əsas vəsaitə amortizasiya hesablanır?

Sual: Azərbaycanda fəaliyyət göstərən nümayəndəlik xaricdən alınmış əsas vəsaiti (1 il istifadə edilib yenidən xaricə qaytarılmaq şərti ilə) balansa daxil edib. Bu halda əsas vəsaitin sənədləşməsi və amortizasiyasının hesablanması necə aparılmalıdır. Həmin əsas vəsatin qalma müddəti 1 il uzadılqda sənədləşmə və amortizasiya hesablanması necə olmalıdır?

Səbuhi Hacıyev

Cavab: Qeyd edirsiniz ki, əsas vəsait nümayəndəliyə 1 il müddətinə müvəqqəti istifadə üçün gətirilib. İlk növbədə, bildirim ki, balansa mədaxil edilən əsas vəsait bir neçə mənbədən əldə oluna bilər:

-        Hər hansı bir vəsait ödəməklə alına bilər;

-        Təsisçidən nizamnamə kapitalına pay kimi qoyula bilər;

-        Hər hansı bir şəxs əvəzsiz olaraq bağışlaya bilər;

-        Maliyyə icarəsi əsasında alına bilər;

-        Barter formasında alına bilər.

Amma sizdə əsas vəsait müvəqqəti olaraq gətirilib. Bunu sizin üçün əsasi vəsait kimi qəbul etmək olmaz (sizin balansınızda deyil). Ona görə də ona amortizasiya ayırmaları hesablamaya bilməzsiniz.


 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər