İşəmuzd işləyən işçi ilə əmək müqaviləsinin xüsusi forması varmı?

İşəmuzd işləyən işçi ilə əmək müqaviləsinin xüsusi forması varmı?

 

Sualı Dövlət Əmək Müfəttişliyi Xidmətinin ekspertləri cavablandırır

Sual: İşəmuzd müqavilə ilə işləyən işçi ilə 1 il müddətinə əmək müqaviləsi bağlanarsa, işçiyə bəzi aylar (işi olmayan aylar) əməkhaqqı hesablamamaq doğrudurmu? İşəmuzd işləyən işçi ilə əmək müqaviləsi hansı formada bağlanmalıdır? Bunun xüsusi forması varmı?

 

Cavab: Əvvəlcə sualınızın ikinci hissəsinə cavab verək. İşçilərə hesablanan əməkhaqqının ödəniş formasından asılı olmayaraq (yəni, vaxtamuzd və ya işəmuzd) onlarla əmək müqavilələri eyni forma üzrə bağlanır. Əməkhaqqının ödənilməsinin işəmuzd formasının tətbiqində əsas məqsəd əmək məhsuldarlığının artırılmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə işçi üçün işin olub-olmaması işçinin günahından baş verən hal deyil və ən azı işçi normal iş vaxtını işdə olursa, ona verilən əməkhaqqının miqdarı vaxtamuzda (taarif maaşı) olan əməkhaqqı səviyyəsindən az olmamalıdır.

 

 

5 Komment

  1. İbrahim 06 Oktyabr 2019

    Salam. İstehsal müəssisəsində işəmuzd qaydada işləyən işçilərin 80%-i müqavilədə göstərilən şərtlərin üzərində effektivliklə işləyirlər. Digər 20% isə şərt olaraq qoyulan hədəfə ay ərzində çata bilmirlər və bu zaman hesablanmış ə/h ölkə üzrə müəyyən olunmuş minimum ə/h-dan aşağı olur. Hədəf normaları müəyyənləşdirərkən (hədəfi aşağı çəkməmək üçün), işçilərin 80%-dən çoxunun bu hədəfdən yuxarı effektivlik göstərməsini hədəfin düzgün müəyyənləşdirildiyinə sübut və əsas olaraq qəbul edə bilərikmi, yoxsa zəif performans göstərən işçilərə hər ay mütləq minimum əməkhaqqı ödənməlidirmi? Qeyd: Müəssisə işçiləri yetəri miqdarda işlə təmin edə bilir.

  2. Bəhram 16 İyul 2020

    5 Gün işləyən işçi ilə əmək müqaviləsi necə bağlanır və mənbədə gəlirdən vergi necə tutulmalıdır

  3. Tofiq 25 Dekabr 2020

    İsemuzd işləyirəm məzuniyyət vermirlər ne derecede doğrudur

  4. Əzim Əhmədov 09 Sentyabr 2021

    Salam. Məktəbdə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin əmək müaqviləsi işəmuzd və ya vaxtamuzd baglanılması barədə məlumat verməyinizi xahiş edirəm. Bu ƏM-nin hansı maddəsi ilə tənzimlənir?

  5. Namiq 05 Mart 2022

    Salam isəmuzd müqaviləsi ilə çalışıram 6-bazar işlədirlər də əlavə na qafar pul odenilməlidi

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər