Əmək məzuniyyətindən geriçağırma qaydası necə tənzimlənir?

Əmək məzuniyyətindən geriçağırma qaydası necə tənzimlənir?

 

Sualı Dövlət Əmək Müffətişliyi Xidmətinin ekspertləri cavablandırır

Cavab: Əmək məcəlləsinin 137-ci maddəsinə əsasən, əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə bağlandığı gündən etibarən əməkhaqqı hesablanılır işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir.
Ya da işə başladığı gündən etibarən işçiyə əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140- maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət hesablanıb ödənilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər