Elektron ticarət zamanı rəsmiləşdirmə necə aparılmalıdır?
Sual: Təşkilatımız kataloq şəklində sayt hazırlayib. Kataloqa düşmək üçün müştərilər internetlə pul ödəməlidirlər. Biz ödənişlərin qəbulunu necə həyata keçirməliyik? Hər bir ödənişə kassa mədaxil orderi yazmalıyıq? Ümümiyyətlə, vergi qanunvericiliyində elektron ticarətlə bağlı xüsusi yanaşma varmi?
Gülarə
Cavab: Vergi Məcəlləsində elektron ticarət haqqında əsaslı məlumat yoxdur. Sizin qeyd etdiyiniz əməliyyat nağdsız formada olan bir hesablaşmadır. Müştəri internetlə vəsaiti adətən, kredit kartından ödəyir. Və bu məbləğ sizin kassanıza yox, bank hesabınıza ödənilir. Ona görə də ödəniş üçün kassa mədaxil orderinin yazılmasına ehtiyac yoxdur. Kassa mədaxil orderi vəsaitin nəğd formada kassaya ödənilməsi zamanı yazılır.
0 Komment
Şərh yazın