İşçi ilə əmək müqaviləsində ikili standart tətbiq etmək olar?

İşçi ilə əmək müqaviləsində ikili standart tətbiq etmək olar?

Sualı Dövlət Əmək Müfəttişliyi Xidmətinin ekspertləri cavablandırır

Sual: - Təşkilatımız ekspeditor vəzifəsinə yeni işçi qəbul edib və onun aylıq əməkhaqqı ilə bağlı ikili standart tətbiq etmək istəyirik. Belə ki, işçiyə hər satdığı məhsulun qiymətinin 2%-i qədər əməkhaqqı standartı tətbiq etmək niyyətindəyik. Əgər onun satdığı məhsulun 2%-i 200 manatı keçərsə, o zaman həmin məbləği əməkhaqqı kimi alacaq. 200 manatdan aşağı olarsa onda 200 manat əməkhaqqı hesablanıb ödəniləcək. Bu cür yanaşma nə qədər düzgündür? Ümumiyyətlə, bu halda necə rəsmiləşdirmə təklif edirsiniz?

Gülnarə Paşayeva

Cavab:

- Əməkhaqqının ödənilməsinin təklif olunan sistemi qanunvericiliklə ziddiyyət təşkil etmir. Belə ki, tərəflərin razılığı ilə bağlanılmış əmək müqaviləsində qanunvericiliyə zidd olan hallar istisna olmaqla, qəbul edilmiş şərtlərin yerinə yetirilməsi vacib haldır.

1 Komment

  1. Rashad 29 İyun 2022

    Salam. Ekspeditor vezifesi emek müqavilesinde nece yazilir?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər