Vacib köhnə balans hesablarının yeni balans hesabları ilə uyğunluğunu

Vacib köhnə balans hesablarının yeni balans hesabları ilə uyğunluğunu

 

Sual: Könhə hesablar planı ilə indiki hesablar planı arasında əlaqələr hansı şəkildədir. Aşağıda göstərilən hesabların milli hesablar planına uyğun ekvivalentləri necədir?

 

Cavab: Yeni hesablar planında bölmələr, maddələr, balans hesabları və subhesablar nəzərdə tutulmayıb. Əsas hesablar üç rəqəmdən ibarət olur. Sonradan subhesablara xırdalana bilər.

 

Məsələn  1-ci bölmə üzunmüddətli aktivlərdir. Həmin bölmədə artıq 10-cu maddə qeyri-maddi aktivlərdir. Həmçinin bu maddədə 101 qeyri-maddi aktivlər balans hesabı, 111 torpaq, tikili və avadanlıqlar adlı balans hesabları var. Dediyim kimi 3 rəqəmdən ibarət balans hesabları subhesablara bölünə bilər. Məsələn 101-2 qüdvil.

İndi isə daha çox istifadə olunan köhnə balans hesablarının yeni balans hesabları ilə uyğunluğunı qeyd edək.

01 – Əsas vəsaitlər 111  - Torpaq, tikili və avadanlaqlar.

02-  Əsas vəsaitlərin amortazisayası 112- Torpaq, tikili və avadanlaqların amortizasiyası

10 -  Materiallar 201- Materiallar

19-  ƏDV məbləği 521 – Vergi  öhdəlikləri (subhesab ƏDV açmaq)

20- Əsas istehsalat 202 – İstehsalat  məsrəfləri

41 – Mallar 205- Mallar

46- Malların tədarükü 601- Satış

50 – Kassa 221- Kassa

51- hesablaşma hesabı 223 – Hesablaşma  hesabları (sub hesab açmaq)

52 – Valyuta hesabı 223 – Hesablaşma  hesabları (sub hesab açmaq)

60- Malsatanlarla hesablaşmalar 431 – Uzunmüddətli  kreditor borcları və 531 -  Qısamüddətli  kreditor borcları

62 – Alıcı və sifarişçilərlə hesablaşmalar 171 – Uzunmüddətli  debitor borcları və 211 -  Qısamüddətli  debitor borcları

68- Büdcə ilə hesablaşmalar 521 – Vergi  öhdəlikləri

69-  Sosial təminat üzrə hesablaşmalar 522 – Sosial sığorta və təminat öhdəlikləri

70 – Əməyin ödənişi üzrə hesablaşmalar 533 – Əməyin  ödənişi  üzrə işçi heyəti üzrə  hesablaşmalar

71- Təhtəlşəxslərlə hesablaşmalar 244 – Təhtəılhesab məbləğlər

75 – Təsiscilərlə hesablaşmalar302- Ödənilməmiş nizamnamə kapitalı

76 – Müxtəlif debitor və kreditorlarla hesablaşmalar - Konkret belə  hesab  yoxdur. Bu haqda  geniş məlumat vermək  olar.

 80 – Mənfəət və zərər 801 – Ümumi mənfəət  və zərər

81- Bölüşdürülməmiş mənfəət 341 – Hesabat ilinin bölüşdürülməmiş mənfəəti, 343 – keçmiş ilin bölüşdürülməmiş mənfəəti

85 – Nizamnamə kapitalı 301 – Nominal (nizamnamə) kapitalı

96 -   Məqsədli maliyyələşdirmələr    Yeni hesablar planında bu, 444 - Uzunmüddətli məqsədli maliyyələşdirmələr və daxilolmalar və 544 - Qısamüddətli məqsədli maliyyələşdirmələr və daxilolmalardır

 

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər