Hansı müəssisələr iş yerlərinin attestasiyası keçirməlidir?

Hansı müəssisələr iş yerlərinin attestasiyası keçirməlidir?

Sual: İş yerlərinin attestasiyası ilə bağlı sualım var. Bizim şirkət mühasibatlıq şirkətidir, işçilərimiz ofis şəraitində işləyir. Bilmək istəyirdim ki, bütün müəssələrdə iş yerlərinin attestasiyasının keçirilməsi mütləqdir?  Əvvəlcədən təşəkkürümü bildirirəm.
Rəhimova Roza
Cavab: Bu sual «Əmək münasibətləri A-dan Z-yə» kitabında cavablandırılıb.Ancaq xahişinizi nəzərə alıb yenə açıqlama verirəm. Əmək Məcəlləsinin 64-cü maddəsində yazılıb:
Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.
2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət işyerlərinin attestasiyası komissiyası yaradılır.
Bundan əlavə, Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli, 38 saylı «İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında» qərarı var. Həmin qərarda da konkret yazılıb:
1.1. Bu Qaydalar iş yerlərinin attestasiyasının keçirilməsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün müəssisə və təşkilatlar (bundan sonra — Müəssisə) üçün əsasdır və iş yerlərinin attestasiyasının məqsədlərini, onun keçirilməsi və müəssisələrdə attestasiyanın nəticələrinin istifadəsi və rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.
Həm Əmək Məcəlləsindən və həm də qərardan tam aydın olur ki, butün işəgötürənlər iş yerlərinin attestasiyasını keçirməlidir. Gördüyünüz kimi 64-cü maddənin ikinci hissəsində attestasiyanın hansı məqsədlər üçün keçirildiyi yazılıb. İşəgötürən tərəfindən əmək şəraiti vəziyyəti və onun təmin olunmasının attestasiyası həyata keçirilir. Bildirim ki, əmək müqaviləsi bağlanan zamanı ən əsas şərtlərdən biri də əmək şəratinin təmin olunmasıdır. Bura əməyin mühafizəsi, gigiyena- sanitariya və digər məsələlər daxildir. Sizdə ofis şəraiti olduğundan sadə formada qeyd etdyim məsələlərin attestasiyasını aparmalısınız. Nazirlər Kabinetinin qərarında müəyyənləşdirilən normativlər böyük istehsal gücünə malik olan zavodlar, fabriklər, əsasən istehsalatla və bir çox xidmət sahələri ilə məşğul olan işəgötürənlər üçün nəzərdə tutulub. Həmin iş yerlərində zərərli, ağır, ətraf mühitin çirklənməsi və bir çox bu kimi amillər mövcud olduğundan attestasıyası da geniş formada aparılmalıdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər