icbari sığorta ilə bağlı yeni və köhnə hesablar üzrə müxabirləşməsi

icbari sığorta ilə bağlı yeni və köhnə hesablar üzrə müxabirləşməsi

Sual: İcbari sığorta ilə bağlı yeni və köhnə hesablar üzrə müxabirləşmə necə aparılmalıdır?
Cavab:
Ümumiyyətlə işçinin icbari sığortası işəgötürənin borcudur və ona görə də hesablanılmış və ödənilmiş sığorta haqlarını fəaliyyətinə uyğun olaraq xərcə silə bilər.Sığorta müqaviləsi də illik bağlanılır və odur ki, sığorta haqları həmin müddət ərzində ayba ay xərcə silinməlidir.Məsələn aprel 2011-ci ildə (120 manatlıq sığorta haqqı) illik sığortalanmış sığorta müqaviləsinin son müddəti mart 2012-ci ildə sona çatacaqdır.Ona görə də 31.12.2011-ci ildə sonrakı üç aylıq sığorta haqları balansda gələcək hesabat dövrünün xərcləri kimi qalacıqdır.Müxabirləşmələr baxaq.

DT            KT            Məbləğ        Əməliyyətin  adı

31            76            120               sığorta haqqı hesablanılıb
20            31            10                 aprel 2011-ci ildə sığorta haqqı xərcə silinib
20            31            80                 may-dekabr 2011-ci ildə   Sığorta haqqı xərcə silinib.   (bunu ayba ay yazmaq lazımdır)
20            31            30                 yanvar-mart 2012-ci ildə sığorta haqqı xərcə silinib.    (bunu ayba ay yazmaq lazımdır)
Müxabirləşmələrdən aydın olur ki, 31.12.2011-ci ildə 31 saylı balans hesabında  30 manat qalıq qalacaqdır.

Yeni hesablar planı ilə

245            538            120            sığorta haqqı hesablanılıb
721-3            245            10           aprel 2011-ci ildə sığorta haqqı xərcə silinib
721-3            245            80            may-dekabr 2011-ci ildə sığorta haqqı xərcə silinib. (bunu ayba ay yazmaq lazımdır)
721-3            245            30            yanvar-mart 2012-ci ildə sığorta haqqı xərcə silinib. (bunu ayba ay yazmaq lazımdır)

Müxabirləşmələrdən aydın olur ki, 31.12.2011-ci ildə 245 saylı balans hesabında  30 manat qalıq qalacaqdır.


0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər