İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi verildikdə hansı əlavə məzuniyyətlər nəzərə alınmalıdır?

İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi verildikdə hansı əlavə məzuniyyətlər nəzərə alınmalıdır?

Sual: Salam. İşlədiyim müəssisə bağlandı və məni ixtisara düşmüş işçi kimi işdən azad etdilər. Mən yaşları 14-ə qədər olan 3 uşaq anasıyam. Mənə istifadə olunmamış məzuniyyətə görə kompensasiya versələr də, uşqalara görə əlavə məzuniyyət hesablamadılar. Zəhmət olmasa
deyərdiniz, mənə əlavə məzuniyyət düşür, ya yox. Əvvəlcədən cavab görə təşəkkürümü bildirirəm.
Əminə Baxşıyeva

Cavab: Sualınıza cavab vermək üçün Əmək Məcəlləsinə nəzər yetirməliyik.
Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyəti

1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək Iki uşağı olan 2 təqvim günü, bu yaşda 3 və daha çox uşağı olan, həmçinin sağlamlığı məhdud uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət hesablanir.
Gördüyünüz kimi Sizə əlavə 5 təqvim günü əlavə məzuniyyət hesablanmalıdır. İndi isə kompensasiya məsələlərinə nəzər salaq.
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
3. Əmək müqaviləsinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Qeyd edək ki, 115-ci maddə Əmək şəraitinə və əmək funksiyasının xüsüsiyyətlərinə görə və 116-ci maddə isə əmək stajını görə əlavə məzuniyyətlərinin müddətlərin müəyyən edir. Beləliklə, maddədən belə anlaşılır ki, kompensasiya verilən zaman 117-ci maddədə nəzərdə
tutulan əlavə məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Bu səbəbdən Sizə kompensisasiya hesablandıqda uşaqlara görə verilməli olan əlavə məzuniyyətə (5 təqvim günü) uyğun məzuniyyət haqqı hesablanmalıdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər