Kassa limiti nə qədər olmalıdır və pulun kassada olmamasına görə nə qədər maliyyə sanksiyası tətbiq olunur?
İndi isə kassa əməliyyatları haqqında əlavə məlumatlar verək. Kassa limitinin məbləği ilə bağlı Milli Məclisin 28 mart 1995-ci il tarixli, 1004 saylı qərarı var. Belə ki, həmin qərarda kassada limit məbləğinin saxlanması haqqında Milli Banka tapşırıqlar verilmişdi. Artıq 03 mart 2006-cı il tarixindən, 1004 saylı qərar qüvvədən düşüb. Bu o deməkdir ki, artıq kassa limiti haqqında məhdudiyyət yoxdur. Bir məqamı qeyd edim ki, hətta sozügedən qərar qüvvədə olduğu vaxtlarda belə kassa limitini aşdığına görə Mərkəzi Bank tərəfindən hansısa təşkilata cərimə tətbiq olunmasına rast gəlməmişəm.
Amma Vergi Məcəlləsində kassa limiti ilə bağlı məhdudiyyət var. Belə ki, əgər kassa inventarizasiya nəticəsində həmin məbləğ qədər çatışmazlıq
aşkara çıxarsa, onda Vergi Məcəlləsinin aşağıdakı maddəsi ilə maliyyə sanksiyası tətbiq olunmalıdır.
58.8. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə:
58.8.1. gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə — 5 faiz miqdarında;
58.8.2. il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000manatdan çox olan hissəsinə — 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Göründüyü kimi maddədə maliyyə sanksiyası haqqında tam dolğun məlumat verilir.
0 Komment
Şərh yazın