Vergi orqanı kameral yoxlama zamanı izahat istəyəndə nə etməli?
Sual: - Təşkilatımız mənfəət vergisi bəyannaməsi təqdim edib. Həmin bəyannamənin kameral yoxlanması zamanı vergi orqanı təşkilatımıza bildirib ki, nəqliyyat və rabitə xərcləri üzrə müvafiq olaraq qeyd edilən 30235 və 2342 manat haqqında izahat verin. Bu halda biz nə etməliyik? Vergi orqanlarına sənədlərin surətini göndərməliyik?
Cavab: Həqiqətən də, kameral vergi yoxlaması aparmaq üçün vergi oranları sizdən belə bir izahat istəyə bilər. Kameral vergi yoxlamasının aparılmasına heç bir məhdudiyyət yoxdur.
37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Göründüyü kimi vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Bildirirsiniz ki, sizdən izahat istəyiblər. Ona görə də həmin rabitə və nəqliyyat xərclərinin hansı məqsədlər üçün xərcləndiyini ətraflı şəkildə göstərməlisiniz. Əlavə olaraq hansısa sənədin surətini təqdim etməyə ehtiyac yoxdur.
0 Komment
Şərh yazın