Müddətli əmək müqaviləsi bitdikdə hansı rəsmiləşdirmə aparılmalıdır?
Sualı Dövlət Əmək müffətişliyinin ekspertləri cavablandırır
Sual:- Müddətli əmək müqaviləsinin vaxtı bitdikdə, həmin müqaviləyə hər hansı bir əlavə edilməlidir, yoxsa müddətin uzadılması haqqında əmr verilməlidir? Ümumiyyətlə, müqavilənin müddətinin uzadılması necə rəsmiləşdirilməlidir?
Sevil İsmayılova, Bakı
Cavab: Müddətli əmək müqaviləsinin vaxtı bitdikdə Əmək Məcələsinin 73-cü maddəsinə uyğun olaraq, əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış sayılır. Bu halda Məcəllədə əlavə sənədləşdirmə aparılması nəzərdə tutulmayıb. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
0 Komment
Şərh yazın