Rəhbərlik əmək kitabcasinı vermirsə, nə etməli?

Rəhbərlik əmək kitabcasinı vermirsə, nə etməli?

 

Sual: 5 ay işlədiyim idarədən əmək kitabçası ala bilərəmmi? Xatırladım ki, bu, mənim ilk əmək müqaviləmdir. Əgər təşkilat əmək kitabçasını verməsə, o

zaman mən hüquqlarımın bərpası üçün neyləməliyəm?

Əfqan Quliyev

Cavab: Müvafiq qaydalalara əsasən, işçi işə qəbul olunandan 5 gün sonra işəgötürən tərəfindən əmək kitabçası ilə təmin olunmalıdır. Əgər bu, işçinin ilk iş yeri

deyilsə, onda o, işə qəbul olunan zaman (əsas iş yeridirsə) əvvəlki iş yerindən aldığı əmək kitabçasını təqdim etməlidir. Sizin halınızda isə təşkilat əmək kitabçası verməli

və əmək kitabçası ilə bağlı xərcləri əmək haqqınızdan tutmalıdır. «Əmək kitabçası verməlidir» dedikdə, kitabçanın sizə təqdim olunması başa düşülməməlidir.

Sadəcə, təşkilatda sizin adınıza əmək kitabçası açılmalıdır. Nə vaxtsa, hər hansı səbəbdən işdən azad olunan zaman həmin əmək kitabçısı sizə verilməlidir.

Siz maraqlana bilərsiniz ki, adınıza əmək kitabçası açılıb, ya yox. Əgər açılmayıbsa, təşkilat rəhbərllyini xəbərdar etməlisiniz.  Bundan bir şey çıxmasa, təşkilatın

həmkarlar komitəsinə müraciət edə bilərsiniz. Əgər yenə bir nəticə hasil olunmasa, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanındakı Əmək Müfəttişliyindən

kömək istəmək hüququnuz var. Müfəttişlik müvafiq tədbirlər görəcək və təşkilata inzibati cərimələr tətbiq edəcək.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər