Müəssisə bağlandıqda vergi orqanlarına və DSMF-ə məlumat verməlidir?

Müəssisə bağlandıqda vergi orqanlarına və DSMF-ə məlumat verməlidir?

Sual: - Təşkilatımız təxminən 1 ilə yaxındır ki, fəaliyyətə başlayıb. Elektrik avandanlıqlarının alqı–satqısı ilə məşğul oluruq. Artıq təşkilatı bağlamaq istəyirik. Bununla bağlı vergi orqanlarına və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) necə məlumat verilməlidir? Müəssisə bağlanarkən mütləq səyyar vergi yoxlaması keçirilməlidir?
Ülkər
Cavab: - Maraqlı sualdır. Vergi Məcəlləsinin 38-ci maddəsində yazılıb:
38. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.
Səyyar vergi yoxlamaları növbəli və növbədənkənar olar bilər. Sizin vəziyyətinizdə müəssisənizin bağlanması onun ləğv olunması kimi başa düşülür. Ona görə də bağlanmaq haqqında vergi orqanlarına ərizə ilə müraciət etməlisiniz, ondan sonra vergi orqanları növbədənkənar səyyar vergi yoxlaması təyin edir. Eyni zamanda ərizə ilə DSMF orqanlarına da məlumat verməlisiniz. Gerisi onlardan asılıdır. Onlar öz qərarları ilə yoxlama apara da bilər, aparmaya da. Qeydiyyat “Bir Pəncərə “ vasitəsilə vergi orqanlarında olduğundan vergi orqanları ləvğetməni sona çatdırmaq üçün sizdən DSMF-in arayışını tələb edə bilərlər. Buna görə də DSMF orqanları son yoxlamanı sizin verdiyiniz ərizəyə əsasən aparmalıdırlar.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər